Modern.az

Türkiyədən qayıdan alpinistlər qəzaya düşdü

Türkiyədən qayıdan alpinistlər qəzaya düşdü

12 İyul 2022, 14:29

İranın Təbriz-Zəncan magistral yolunda sərnişin avtobusunun aşması nəticəsində 3 nəfər ölüb, 16 nəfər yaralanıb.

 

Modern.az-ın məlumatına görə, bunu İranın Zəncan yol polisinin rəis müavini polkovnik Mehdi Minaxani bildirib.

 

M.Minaxaninin sözlərinə görə, Türkiyədən qayıdan alpinistləri Tehrana gətirən avtobusun sürücüsü və iki qadın həlak olub. Yaralananlardan 6-sı qadın, 10-u isə kişidir.

 

Minaxani deyib ki, hadisə sürücünün yuxulu olması nəticəsində baş verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi