Modern.az

Rusiyanın 14 milyardlıq aktivləri dondurulub

Rusiyanın 14 milyardlıq aktivləri dondurulub

12 İyul 2022, 16:55

Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Avropa İttifaqı Rusiyaya məxsus 13,8 milyard avro dəyərində aktivləri dondurub.

 

Modern.az xəbər verir ki, bunu Avropa komissarı Didye Reynders məlumat verib.

 

O, qeyd edib ki, yalnız Aİ-yə üzv 5 dövlətdə 12 milyard avrodan çox vəsait dondurulub. Lakin o, bu 5 ölkənin adını çəkməkdən imtina edib.

 

"Biz digər üzv dövlətlərini də bu prosesə qoşulmağa çağıracağıq. Ümid edirəm ki, yaxın həftələrdə bütün üzv dövlətlərdə bu proseslərin intensivləşəcəyini görəcəyik", - Reynders qeyd edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi