Türkiyənin Ədirnə şəhərində meşə yanğını başlayıb.
Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər və helikopterlər cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Yanğının hansı səbəbdən başlaması ilə bağlı məlumat açıqlanmayıb.