Modern.az

Parlamentdəki müzakirə etiraz doğurdu - Körpü bağlandı

Parlamentdəki müzakirə etiraz doğurdu - Körpü bağlandı

12 İyul 2022, 17:12

Macarıstan Parlamentində  yüz minlərlə kiçik firma üçün vergi dərəcəsini artırmağı hədəfləyən təklifin müzakirə edilməsi insanların qəzəbinə səbəb olub.

 

Modern.az xəbər verir ki, təxminən 1000 nümayişçi paytaxt Budapeştin mərkəzində Dunay çayı üzərində yerləşən körpünü bağlayıb.

 

Etirazçılar əvvəlcə parlament  qarşısındakı əsas meydanda toplaşıb. Onlar Budapeştin hər iki istiqamətində hərəkəti dayandırıblar. Hazırda körpüdə nəqliyyatın hərəkəti iflic olub.

 

Hadisə yerinə çox sayda hüquq-mühafizə əməkdaşı cəlb edilib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi