Modern.az

Suriyada İŞİD lideri öldürüldü

Suriyada İŞİD lideri öldürüldü

12 İyul 2022, 18:58

Suriyada İŞİD terror təşkilatının liderlərindən biri olan Mahir Əl Aqal öldürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) mətbuat xidməti məlumat yayıb.

 

“Mərkəzi Komandanlıq Suriyanın şimal-qərbində iki yüksək rütbəli İŞİD komandanına PUA zərbəsi endirib. Zərbə nəticəsində İŞİD-in beş əsas liderindən biri və İŞİD-in Suriyadakı lideri Maher əl-Aqal öldürülüb”, - deyə qurumun açıqlamasında bildirilir.

 

ABŞ ordusunun məlumatına görə, Maher əl-Aqalla yaxın əlaqələri olan yüksək vəzifəli İŞİD lideri ağır yaralanıb. Mərkəzi Komandanlıq bildirib ki, ilkin yoxlama mülki əhali arasında itkilərin olmadığını göstərib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi