Modern.az

Consonun yerinə 8 namizəd var

Consonun yerinə 8 namizəd var

12 İyul 2022, 23:45

Böyük Britaniyanın Baş naziri və Mühafizəkarlar Partiyasının sədri postuna 8 nəfərin namizədliyi qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniya parlamentinin komitə rəhbəri Qrem Bredi məlumat verib.

 

İyulun 13-də keçiriləcək səsvermənin birinci raundunda keçmiş xəzinədarlıq naziri Rişi Sunak, xarici işlər naziri Liz Trass, ticarət nazirinin müavini Penni Mordont, maliyyə naziri Nadim Zahavi, keçmiş xarici işlər naziri Ceremi Hant, xarici işlər naziri Britaniya İcmalar Palatasının komitəsi parlament üzvü Tom Tugendhat, İngiltərə və Uels üzrə baş prokuror Sue-Ellen Braverman və deputat Kemi Baidnock iştirak edəcək.

 

Qeyd edək ki, partiyadaxili seçki kampaniyasında iştirak etmək üçün namizəd Mühafizəkarlar Partiyasındakı ən azı 20 həmkarının dəstəyini almalıdır.

 

Ümumilikdə Britaniya parlamentinin İcmalar Palatasındakı Tori fraksiyasında 358 deputatı var.

 

Xatırladaq ki, Britaniyanın baş naziri Boris Conson bir neçə gün öncə istefa verəcəyini elan edib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi