Modern.az

ABŞ Türkiyə və Ermənistan arasında normallaşmanı dəstəkləyir 

ABŞ Türkiyə və Ermənistan arasında normallaşmanı dəstəkləyir 

13 İyul 2022, 00:53

ABŞ Dövlət Departamenti Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına dəstəyini ifadə edib.

 

Modern.az xəbər verir ki, bu barədə Departamentdən bildirilib.

 

“ABŞ bütün regiona müsbət təsir edəcək Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasını qətiyyətlə dəstəkləyir. Ermənistan-Türkiyə dialoqu regional sabitliyi artırmaq, mənfi təsirləri cilovlamaq və hamı üçün faydalı olan daha böyük iqtisadi inkişafa gətirib çıxarmaq potensialına malikdir. Bunlar Rusiyanın Ukraynadakı müharibəsi fonunda bu gün xüsusilə vacibdir. Birləşmiş Ştatlar bu mühüm dialoqu hər iki tərəfin məqsədəuyğun hesab etdiyi şəkildə dəstəkləməyə hazırdır”, - ABŞ Dövlət Departamentinin cavabında deyilir.

 

Xatırladaq ki, iyulun 11-də baş nazir Nikol Paşinyan ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. 

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi