Modern.az

İstanbulda dördtərəfli görüş başa çatdı - YENİLƏNİB 

İstanbulda dördtərəfli görüş başa çatdı - YENİLƏNİB 

13 İyul 2022, 18:56

Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirlikləri ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında görüş başa çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Nümayəndə heyətləri Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması üçün danışıqlar aparıb.

 

***

15:20

Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirlikləri ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında taxıl ehtiyatlarının dəniz yolu ilə təhlükəsiz nəqli məsələlərinin müzakirə olunduğu görüş başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

 

Görüşün yekunu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən bəyanat veriləcəyi gözlənilir.

 

Qeyd edək ki, Ukrayna taxılının nəqli məsələsi ilə bağlı görüşün keçiriləcəyini ötən gün Türkiyənin milli müdafiə naziri Hulusi Akar elan etmişdi.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi