Modern.az

KXDR Ukraynada separatçıları rəsmən TANIDI

KXDR Ukraynada separatçıları rəsmən TANIDI

13 İyul 2022, 18:19

Koreya Xalq Demokratik Respublikası (XDR) Ukraynanın şərqində yerləşən Donetsk və Luqansk vilayətlərində separatçılar tərəfindən yaradılan qondarma qurumun müstəqilliyini tanıyıb.

 

Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

Məlumatı Şimali Koreyanın Rusiyadakı səfirliyi də təsdiq edib.

 

Şimali Koreyanın KCNA dövlət xəbər agentliyi qondarma qurumların tanınması barədə hələlik açıqlama verməyib. 

 

Akif İsmayılov

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi