Ukrayna hakimiyyəti Şimali Koreya ilə diplomatik əlaqələri kəsib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
KXDR-in qondarma “DXR” və “LXR”i tanımasını Pxenyan tərəfindən Ukraynanın müstəqilliyinin suverenliyinə xələl gətirmək cəhdi kimi qiymətləndirilir.
"Şimali Koreya rejimi tərəfindən Donetsk və Luqansk rejimlərinin tanınması əhəmiyyətsizdir, hüquqi nəticələr verməyəcək və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəyişməyəcək", - deyə məlumatda bildirilir.