İyun ayında ABŞ-da istehlak qiymətləri 9,1% artıb, bu, 1981-ci ildən bəri ən böyük illik artımdır.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Əmək Nazirliyi məlumat yayıb.
Məlumata görə, iyun ayında inflyasiyanın əsas amilləri yanacaq, ərzaq və mənzil kirayəsi qiymətlərinin artması olub.
İyun ayında enerji qiymətləri may ayı ilə müqayisədə 7,5% bahalaşıb. 2021-ci ilin iyun ayı ilə müqayisədə qiymət 41,6% təşkil edib. May ayında 4,1% ucuzlaşan benzinin qiymətləri keçən ay 11,2% artaraq 2021-ci ilin iyun ayı ilə müqayisədə 59,9% artıb.
Ötən ay ABŞ-da bir qallon benzinin orta qiyməti 5 dollar olub. Məişət qazının qiymətlərində aylıq artım 2005-ci ilin oktyabrından bəri ən yüksək həddə çatıb. 2021-ci ilin iyun ayı ilə müqayisədə qazın qiyməti 38,4% artıb. Elektrik enerjisi ay ərzində 1,7%, il ərzində isə 13,7% bahalaşıb.
Akif İsmayılov