ABŞ Hərbi Hava Qüvvələri hipersəs sürətə malik raketi sınaqdan keçirib.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Raket "Lockheed Martin" şirkəti tərəfindən istehsal edilib. Mənbələrin bildirdiyinə görə, ABŞ Hərbi Hava Qüvvələri Kaliforniya sahillərində ARRW raketini uğurla sınaqdan keçirib.
Raketin təyyarədən buraxıldığı qeyd edilir.
Hipersəs silahlar atmosferin yuxarı qatlarında səs sürətindən beş dəfədən çox sürətlə və ya saatda təxminən 6200 km sürətlə hərəkət edir.
Akif İsmayılov