Modern.az

Rusiyanın qaz təchizatının kəsilməsinə hazır olmalıyıq - Makron

Rusiyanın qaz təchizatının kəsilməsinə hazır olmalıyıq - Makron

14 İyul 2022, 18:17

Fransa Rusiya qazı olmadan yaşamağı tez bir zamanda öyrənməlidir.

 

Modern.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

 

O, Moskvanın qazdan silah kimi istifadə etdiyini deyib və fransalıları enerji istehlakını cilovlamağa çağırıb.

 

“Biz özümüzü Rusiya qazı olmadan idarə etməli olduğumuz bir ssenariyə hazırlamalıyıq. Rusiya enerjidən müharibə silahı kimi istifadə edir”, - deyə o bildirib və Ukraynadakı münaqişənin “davamlı” olduğunu vurğulayıb.

 

Qeyd edək ki, Fransanın qaz təchizatının 17%-i Rusiyadan asılıdır.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi