Modern.az

550 qadın \"Uber\"lə məhkəmə çəkişməsində

550 qadın \

14 İyul 2022, 19:51

550 qadın amerikalı qadın "Uber" taksi xidmətini məhkəməyə verib.

 

Modern.az xəbər verir ki, bu barədə iddiaçıları təmsil edən "Slater Slater Schulman LLP" hüquq firması məlumat verib.

 

Qadınlar xidmətin sürücülərinin onlara qarşı qeyri-qanuni hərəkətlər törətdiklərini bildirirlər.

 

Kaliforniyanın San-Fransisko dairəsi üzrə Ali Məhkəməsinə verilən ərizədə deyilir ki, bir çox ştatlarda qadın sərnişinlər qaçırılıb, cinsi təcavüzə, zorakılığa məruz qalıb.

 

Bundan əlavə, iddiada bildirilir ki, korporasiya müştərilərinin 2014-cü ildən bəri məruz qaldığı müntəzəm cinsi zorakılıq faktını qəsdən gizlədib. Şirkət həmçinin sərnişinləri qorumaq üçün adekvat tədbirlər görməməkdə ittiham olunur.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi