Modern.az

Rusiya-Ukrayna məsələsinin necə həll olunacağını bilirəm - Braziliya prezidenti 

Rusiya-Ukrayna məsələsinin necə həll olunacağını bilirəm - Braziliya prezidenti 

14 İyul 2022, 21:28

Rusiya ilə Ukrayna arasındakı müharibənin necə həll olunacağını bilirəm.

 

Modern.az xəbər verir ki, bunu Braziliya prezidenti Jair Bolsonaro deyib.

 

O, təkliflərini gələn həftə ukraynalı həmkarı Volodimir Zelenskiyə çatdıracağını bildirib.

 

"Mən ona öz fikrimi, nə düşündüyümü söyləyəcəyəm. Mən bunun necə həll oluna biləcəyini bilirəm. Amma heç kimə deməyəcəyəm", - deyə prezident bildirib.

 

Bolsonaro bildirib ki, problemin həlli Argentinanın Böyük Britaniya ilə müharibəsinin sona çatması kimi olacaq.

 

Qeyd edək ki, Argentina və Britaniya arasında 1982-ci ildə Folklend adaları uğrunda qısa müddətli müharibə baş verib. Argentina iki ay sonra təslim olub.

 

Akif İsmayılov 

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi