ABŞ-ın sabiq prezidenti Donald Trampın birinci həyat yoldaşı İvana Tramp 73 yaşında vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb.
Məlumatı Donald Tramp da təsdiqləyib. Onun Nyu Yorkdakı mənzilində vəfat etdiyi bildirilir.
O, 1977-ci ildə Donald Trampla evlənib və 1992-ci ildə boşanıb. 73 yaşında vəfat edən İvana Donald Trampın üç övladının - İvanka, Don və Erikin anası idi.
Akif İsmayılov