Səudiyyə Ərəbistanı Məkkəyə illik Həcc ziyarətinə gedən müsəlmanlar üçün İsraildən birbaşa, fasiləsiz çarter reyslərinə icazə verəcək.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Qərarın ABŞ prezidenti Co Baydenin Səudiyyə Ərəbistanına səfəri zamanı açıqlanacağı gözlənilir.
Səudiyyə Ərəbistanı bundan əvvəl İsrail aviaşirkətlərinə öz ərazisindən keçən xüsusi hava dəhlizi ilə Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynə uçmağa icazə verib.
İsrailin regional əməkdaşlıq naziri keçən həftə Səudiyyə Ərəbistanından İsrailin müsəlman zəvvarları üçün Təl-Əvivdən birbaşa uçuşlara icazə verməsini istəyib.
Akif İsmayılov