ABŞ Rusiyaya qarşı tətbiq edilən bəzi sanksiyaları ləğv edib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Rusiya ilə kənd təsərrüfatı, energetika, tibb sahələrində, o cümlədən koronavirusla mübarizə, tranzit uçuşlar, qeyri-hökumət təşkilatlarının işi ilə əlaqəli əməliyyatlarla bağlı sanksiyalar aradan qaldırılıb.
O cümlədən, ABŞ “Qazprom”un keçmiş törəmə şirkəti “Gazprom Germania GmbH”, eləcə də “Alfa-Bank”ın Qazaxıstandakı törəmə müəssisəsini sanksiyalar siyahısından çıxarıb.