Modern.az

21 nəfər diri-diri yandırıldı

21 nəfər diri-diri yandırıldı

15 İyul 2022, 10:41

Haitidə iyulun 8-dən bu yana davam edən dəstə döyüşlərində itkilər artmaqda davam edir.

 

Modern.az xəbər verir ki, paytaxt Port-au-Prinsin yoxsul bölgəsi olan Cite Soleil rayonunda iki rəqib dəstə arasında baş verən qarşıdurma minlərlə günahsız insanın iştirak etdiyi təhlükəsizlik böhranına səbəb olub.

Qeyri-hökumət təşkilatı Milli İnsan Hüquqlarını Müdafiə Şəbəkəsinin verdiyi açıqlamada qarşıdurmaların son həftəsində 89 nəfərin öldüyü, 74 nəfərin yaralandığı, 16 nəfərin itkin düşdüyü bildirilir. Həyatını itirənlərdən 47-sinin dəstə üzvləri, qalan 42-sinin isə atəşə tutulan məhəllə sakinləri olduğu ehtimal edilir.

Hadisə zamanı 21 nəfər diri-diri yandırılaraq öldürülüb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi