Modern.az

İranda koronavirusa yoluxma kəskin ARTIB

İranda koronavirusa yoluxma kəskin ARTIB

15 İyul 2022, 11:20

İranda koronavirusun yeddinci dalğası başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə “IRNA” məlumat yayıb. 

 

Səhiyyə sahəsinin bir neçə nümayəndəsi hesab edir ki, ölkədə koronavirusa gündəlik yoluxma sayının iki qat artması İranda koronavirusun yeddinci dalğasının başlamasını göstərir.

 

Qeyd edək ki, iyulun 14-ü İranda koronavirusa 5234 yeni yoluxma qeydə alınıb, 8 nəfər isə dünyasını dəyişib. Bununla da, İranda pandemiya dövründə koronavirusa yoluxanların ümumi sayı 7 milyon 66 min 475-ə çatıb, 141 464 nəfər isə dünyasını dəyişib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi