İran xarici işlər naziri Hüseyn Əmirabdullahian ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər Ukraynadakı vəziyyəti müzakirə ediblər. Əmirabdullahian İranın müharibəyə qarşı olduğunu bildirib.
"İran İslam Respublikası Ukraynada müharibənin dayandırılması və böhranın həlli istiqamətində səylərini davam etdirir", - deyə iranlı nazir bildirib.
Kuleba İrana müharibəyə qarşı çıxdığına görə təşəkkür edib.
O, iranlı həmkarını Ukraynaya rəsmi səfərə dəvət edib.