İrəvanda səfərdə olan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Paşinyan və Börns beynəlxalq və regional təhlükəsizliklə bağlı məsələləri və terrorla mübarizəni müzakirə ediblər.
Tərəflər Cənubi Qafqazda baş verən proseslərə dair fikir mübadiləsi aparıblar.