Modern.az

Sudanda qəbilələrarası toqquşma - 31 nəfər öldü 

Sudanda qəbilələrarası toqquşma - 31 nəfər öldü 

Dünya

16 İyul 2022, 21:19

Sudanın cənub əyalətində tayfalar arasında toqquşmalar nəticəsində azı 31 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə AP xəbər agentliyi məlumat yayıb.

 

Mavi Nil əyalətində Hausa və Berta etnik qrupları arasında toqquşmalar bu həftənin əvvəlində bir fermerin öldürülməsinə görə başlayıb.

 

Məlumata görə, toqquşmalar nəticəsində azı 39 nəfər xəsarət alıb, 16-ya yaxın mağazaya ziyan dəyib.

 

Bölgədə sabitliyi təmin etmək üçün yerli hakimiyyət orqanları hərbi personal və çevik dəstək qüvvələrini göndərib.

 

Hakimiyyət komendant saatı tətbiq edib və toqquşmaların baş verdiyi ərazidə kütləvi toplaşmalar qadağan olunub.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi