Modern.az

İranda Urmiya gölünə görə etiraz aksiyası keçirildi 

İranda Urmiya gölünə görə etiraz aksiyası keçirildi 

16 İyul 2022, 23:41

İranda tamamilə qurumaq təhlükəsi ilə üzləşən Urmiya gölünə görə bir qrup insan hökumətə qarşı etiraz aksiyası keçirib.

 

Modern.az xəbər verir ki, Urmiya gölünün qurumasının qarşısını almaq üçün hökumətin ciddi addımlar atmadığını bildirən yüzlərlə nümayişçi Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərində toplaşıb.

 

Sosial mediada paylaşılan görüntülərdə nümayişçilər “Urumiya gölü susuzdur”, “Parlament Urmiya gölünün öldürülməsini əmr edir” şüarları səsləndirib, təhlükəsizlik qüvvələrinin küçələrdə cəmləşməsi diqqət çəkib.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi