Modern.az

Xorvatiya və Serbiya arasında siyasi böhran - Prezidentə qadağa qoyuldu 

Xorvatiya və Serbiya arasında siyasi böhran - Prezidentə qadağa qoyuldu 

Dünya

17 İyul 2022, 20:47

Xorvatiya İkinci Dünya müharibəsi illərindən qalma Yasenovaç həbs düşərgəsinə səfər etməyi planlaşdıran Serbiya Prezidenti Aleksandr Vuçiçin ölkəyə girişinə icazə verməyib.

 

Modern.az xəbər verir ki, Vuçiç Xorvatiya hökumətinə əvvəlcədən məlumat vermədən Yasenovaç və Pokraça səfər etmək istəyib, lakin xorvat rəsmilər bu səfərin baş tutmasını qadağan edib.

 

Xorvat rəsmilər diplomatik münasibətlər protokollarını pozan Vuçiçin məqsədinin təxribat olduğunu bildirir.

 

Serbiyanın daxili işlər naziri Aleksandr Vulin isə ölkəsinin xorvat rəsmilərinə qarşı sərhəd siyasətini dəyişəcəyini, xidməti və diplomatik pasport sahibi olan Xorvatiya vətəndaşlarının bundan sonra Serbiyaya daxil olarkən səfərin səbəbini açıqlamalı olacaqlarını deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi