Almaniya Ukraynadan 70 mindən çox qaçqını qəbul edən Moldovaya maliyyə dəstəyi verəcək.
Modern.az xəbər verir ki, bu haqda Almaniyanın xarici işlər naziri Annalena Baerbok məlumat verib.
Nazir Moldovaya 40 milyon avro veriləcəyini bildirib.
Vəsait bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsinə sərf olunacaq.
Qərar Almaniya Parlamentinin Büdcə Komitəsi tərəfindən təsdiqlənməlidir.