Türkiyə ordusunun hərbi qulluqçusu şəhid olub.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbçi İraqın şimalında keçirilən "Pençe-Kilit” əməliyyatı zonasında terrorçuların açdığı atəş nəticəsində həlak olub.
Qeyd edək ki, bu gün Türkiyə ordusunun daha bir hərbi qulluqçusunun şəhid olduğu bildirilib.