Modern.az

Sabah Hindistanda prezident seçiləcək

Sabah Hindistanda prezident seçiləcək

17 İyul 2022, 22:42

Hindistan parlamentinin millət vəkilləri ölkə prezidentini seçəcək.

 

Modern.az xəbər verir ki, deputatlar sabah ölkənin 16-cı prezidentini seçmək üçün səsvermə keçirəcək.

 

Ölkənin 15-ci prezidenti Ram Nath Kovindin səlahiyyət müddəti iyulun 24-də başa çatır, onun varisi sabah parlamentdə keçiriləcək səsvermədə müəyyənləşəcək.

 

Seçki hakim Bharatiya Janata Partiyasının namizədi Draupadi Murmu və müxalifət namizədi Yaşvant Sinha arasında olacaq.

 

Təxminən 4896 şura üzvünün səs verəcəyi seçkinin nəticələrinin iyulun 21-də açıqlanması gözlənilir.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi