Modern.az

Mirzoyan və Donfrid Tbilisi görüşünü müzakirə etdilər

Mirzoyan və Donfrid Tbilisi görüşünü müzakirə etdilər

17 İyul 2022, 23:40

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Karen Donfrid arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub. Tərəflər regional təhlükəsizlik və sabitliklə bağlı bir sıra məsələləri müzakirə ediblər.

 

Mirzoyan həmsöhbətinə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində baş verən son hadisələri təqdim edib. Regional nəqliyyat infrastrukturlarının və iqtisadi əlaqələrin blokadadan çıxarılması prosesinə, Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası və sərhəd təhlükəsizliyi komissiyalarının işinə toxunulub.

 

İyulun 16-da Gürcüstan tərəfinin ev sahibliyi ilə Tbilisidə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi