Modern.az

Putin İrana gəldi - Prezidentlər görüşəcək

Putin İrana gəldi - Prezidentlər görüşəcək

19 İyul 2022, 16:48

Rusiya prezidenti Vladimir Putinin təyyarəsi bir qədər əvvəl Tehrana enib, burada Rusiya liderinin İran rəhbərliyi ilə bir sıra görüşləri, eləcə də Türkiyənin iştirakı ilə üçtərəfli danışıqları planlaşdırılıb.


Modern.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Putin əvvəlcə İran prezidenti İbrahim Rəisi, daha sonra ali dini lider Seyid Əli Xamenei ilə görüşəcək.

Daha sonra Putin türkiyəli həmkarı Rəsəb Tayyib Ərdoğanla ayrıca danışacaq.

Bunun ardınca Rusiya-İran-Türkiyə formatında danışıqlar aparılacaq.

Görüşdən sonra ölkələrin prezidentləri bəyanatla çıxış edəcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi