Tehranda səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akar İranın Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Tərəflər iki ölkənin silahlı qüvvələrinin hərbi, təhsil və təhlükəsizlik sahəsində əməkdaşlığının zəruriliyini bildiriblər.
Suriyada gərginliyin azaldılması və bölgədə sabit təhlükəsizliyin yaradılmasının araşdırılması müzakirə olunub.