Modern.az

Ərdoğan-Putin-Rəisi görüşü başa çatdı - YENİLƏNİB 

Ərdoğan-Putin-Rəisi görüşü başa çatdı - YENİLƏNİB 

Dünya

19 İyul 2022, 23:33

Türkiyə, Rusiya və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və İbrahim Rəisi arasında baş tutan Astana sammiti başa çatıb.

 

Modern.az xəbər verir ki, məlumatı Rusiyanın TASS agentliyi məlumat yayıb.

 

Agentliyin məlumatına görə, görüşün sonunda birgə bəyannamə qəbul edilib.

 

Bəyannamədə hər üç ölkə Suriyaya qarşı bütün sanksiyaları rədd edib.

 

Liderlər Suriyanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sadiq qaldıqlarını bildiriblər.

 

Sənəddə deyilir ki, Suriya münaqişəsinin hərbi yolla həlli yoxdur.

 

Tərəflər növbəti üçtərəfli görüşün Rusiyada keçirilməsi barədə razılığa gəliblər.

 

Akif İsmayılov

 

***

22:50

Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb.

 

Modern.az xəbər verir ki, 3 liderin iştirakı ilə Suriya nizamlanması üzrə Astana üçlüyünün görüşü keçirilir.

 

Görüşdə Suriya məsələsi müzakirə olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi