ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Finlandiya və İsveçin NATO-ya üzv olmasına razılıq verib.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Sənədlər Şimali Atlantika Müqaviləsi Təşkilatının bütün 30 üzvü tərəfindən təsdiqlənməlidir.
Ratifikasiya bir ilə qədər vaxt apara bilər, lakin Helsinki və Stokholm artıq NATO iclaslarında iştirak edə və kəşfiyyat məlumatlarına daha çox çıxış əldə edə bilər.
Akif İsmayılov