Modern.az

Suriyadakı rejimin ən böyük dəstəkçiləri Rusiya və İrandır

Suriyadakı rejimin ən böyük dəstəkçiləri Rusiya və İrandır

Dünya

21 İyul 2022, 12:00

“Bir tərəfdən İraqın sabitliyi, digər tərəfdən Suriyada siyasi proseslərin sürətlənməsi. İndiyə qədər çox təəssüf ki, Suriyada Konstitusiya komissiyasının iclasları istənilən nəticəni verməyib”.

 

Modern.az Türkiyə KİV-lərinə sitinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

 

“Bu, əslində rejimin etinasızlığına görə baş verdi. Bəs rejimin ən böyük dəstəkçiləri kimlərdir? Rusiya və İran. Ona görə də bu mənada rejimi təşviq etməlidirlər. Birgə bəyanatımızda vurğuladığımız kimi, yeganə həll yolu siyasi həlldir. Bunun üçün addımlar atılmalıdır".

 

XİN başçısı deyib ki, istər Qafqazdakı proseslər, istərsə də Yaxın Şərqdəki proseslər onların qiymətləndirilməsi baxımından əhəmiyyətli idi:

 

"Eyni şəkildə, Putinlə ikitərəfli görüşdə bir tərəfdən ikitərəfli əlaqələr, digər tərəfdən taxıl ixracına maneələrin aradan qaldırılması, Ukraynada davam edən müharibəyə atəşkəslə son qoyulması ilə bağlı fikir mübadiləsi aparılıb. Türkiyə olaraq Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Türkiyənin münasibətini və gözləntilərini hər iki liderlə bölüşüb. O, həmçinin cənab Putinlə xüsusilə Ukraynada müharibənin dayandırılması ilə bağlı məhsuldar görüş keçirib”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi