Modern.az

Türkiyədə meşələrə giriş qadağan edilir

Türkiyədə meşələrə giriş qadağan edilir

21 İyul 2022, 13:00

Türkiyədə meşələrə giriş qadağan edilir.

 

Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bununla bağlı ölkənin Daxili İşlər Nazirliyi bölgələrə xəbərdarlıq göndərib.

 

"Meşə yanğınlarına qarşı görüləcək tədbirlər” adlı məlumatda temperaturun artması ilə meşə ərazilərində və ətraflarında artan insanların hərəkətliliyinin yanğın riskini artıra biləcəyi bildirilib.

 

Qeyd edilib ki, bu səbəbdən də avqustun 31-dək yanğınlar üçün riskli ərazilərdə meşələrin ətrafında ocaqların yandırılması və meşə ərazilərinə giriş qadağan edilir. Düşərgə obyektləri istisna olmaqla, meşəlik ərazilərdə düşərgə və çadırlara icazə verilməyəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi