Modern.az

Belarus Rusiyaya yeni səfir göndərdi 

Belarus Rusiyaya yeni səfir göndərdi 

22 İyul 2022, 21:24

Belarus Rusiyaya yeni səfir təyin edib.

 

Modern.az xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Lukaşenko bildirib ki, iki lider Dmitri Krutoyun Moskvaya yeni nümayəndəsi təyin edilməsi barədə razılığa gəliblər.

 

Krutoy Belarus prezident administrasiyası rəhbərinin müavini olub və əvvəllər Rusiya ilə inteqrasiya layihələrində iştirak edib.

 

Krutoy bu vəzifədə 2018-ci ildən Rusiyada səfir olan Vladimir Semaşkonu əvəzləyib.

 

Akif İsmayılov 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi