Modern.az

Ukrayna Almaniyaya yeni səfir göndərir

Ukrayna Almaniyaya yeni səfir göndərir

23 İyul 2022, 18:18

Ukrayna Almaniyaya yeni səfir təyin edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın RTL telekanalı məlumat yayıb.

 

Bildirilir ki, Ukraynanın Berlindəki diplomatik missiyasına 47 yaşlı Oleksiy Makeyev təyin ediləcək.

 

O, 1996-cı ildə diplomat kimi fəaliyyətə başlayıb, 2014-2020-ci illərdə Ukrayna Xarici İşlər Nazirliyinin siyasi direktoru olub, həmçinin İsveçrə və Almaniyadakı səfirliklərdə işləyib.

 

RTL-nin məlumatına görə, o, iki həftədən sonra Almaniya Xarici İşlər Nazirliyində rəsmən təqdim olunacaq.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi