Modern.az

Əfqanıstan İrandan 350 min ton neft alacaq

Əfqanıstan İrandan 350 min ton neft alacaq

Dünya

23 İyul 2022, 18:57

Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatının Maliyyə Nazirliyi İrandan 350 min ton neftin alınması üçün müqavilə imzalayıb.

 

Modern.az xəbər verir ki, bu barədə İranın "Mehr" xəbər agentliyi məlumat yayıb.

 

Müqavilənin məbləği barədə məlumat verilməyib.

 

Əfqanıstan Maliyyə Nazirliyinin məlumatına görə, müqavilə ölkədə yanacağın qiymətinin aşağı salınması məqsədi ilə imzalanıb. 

 

Bundan əvvəl Əfqanıstan nümayəndə heyəti neft alışı, qiymətləri və neft məhsullarının Əfqanıstana tranzitini müzakirə etmək üçün İrana səfər edib.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi