Modern.az

Çin ABŞ-a sərt xəbərdarlıq edib 

Çin ABŞ-a sərt xəbərdarlıq edib 

Dünya

23 İyul 2022, 22:31

Çin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana mümkün səfəri ilə bağlı ABŞ-a ciddi xəbərdarlıq edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri mənbələrə istinadən məlumat yayıb.

 

Nəşr bildirir ki, Çinin bu dəfəki xəbərdarlığı əvvəlkilərlə müqayisədə daha sərt olub.

 

Ağ Evin Milli Təhlükəsizlik Şurası və Dövlət Departamenti məlumatı şərh etməkdən imtina edib.

 

İyulun 18-də "Financial Times" qəzeti Pelosinin avqustda Tayvana səfər etməyi planlaşdırdığını bildirib.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi