İran və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri arasında görüş keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə İraqın xarici işlər naziri Fuad Hüseyn məlumat verib.
O, görüşün Bağdad şəhərində keçiriləcəyini bildirib. Görüşün dəqiq tarixi açıqlanmayıb.
Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik əlaqələr 2016-cı ildə Ər-Riyadın şiə ruhani lider Nimr əl-Nimri edam etməsindən sonra kəsilib.
Hüseyn bildirib ki, aprel ayından bəri İraq iki ölkə arasında kəşfiyyat və təhlükəsizlik rəhbərləri səviyyəsində beş qapalı danışıqlar keçirib.
Akif İsmayılov