Modern.az

KTMT ölkələrinin xüsusi təyinatlıları təlim keçirəcək

KTMT ölkələrinin xüsusi təyinatlıları təlim keçirəcək

Dünya

26 İyul 2022, 20:49

Avqustun 2-5-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xüsusi təyinatlı qüvvələrinin xüsusi taktiki təlimləri keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə KTMT-nin mətbuat xidməti məlumat yayıb.

 

Təlimlər Qırğızıstan ərazisində baş tutacaq.

 

Bildirilir ki, xüsusi təyinatlılar “quldur dəstələrinin, terrorçuların axtarışı, qarşısının alınması və zərərsizləşdirilməsi, o cümlədən narkotik vasitələrin qaçaqmalçılığının qarşısının alınması, anbarların, narkotik vasitələrin saxlanması və istehsalı üzrə laboratoriyaların aşkarlanması, onların məhv edilməsi üzrə tapşırıqları” yerinə yetirəcək.

 

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov iyunun 6-da bildirib ki, gələcəkdə xüsusi əməliyyat zamanı Rusiya hərbçilərinin nəzarətində olan Ukrayna ərazilərində KTMT ölkələrindən olan sülhməramlılardan istifadə edilməsi istisna oluna bilməz. 

 

KTMT qoşunları sonuncu dəfə yanvar ayında Qazaxıstana daxil olub.

 

Qeyd edək ki, KTMT-yə Rusiya, Qırğızıstan, Belarus, Qazaxıstan, Tacikistan və Ermənistan daxildir.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi