Rəsmi Moskva Vaşinqtondan ABŞ Dövlət katibi Entoni Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun danışıqlarına dair heç bir müraciət almayıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Mətbuatda yazılanlardan başqa heç bir müraciət olmayıb. Biz meqafonla deyil, adi diplomatik təcrübəni rəhbər tuturuq", - deyə XİN-dən bildirilib.
Xatırladaq ki, daha əvvəl ABŞ Dövlət katibi Entoni Blinken yaxın günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparacağını bildirmişdi.