İraqda etirazçılar parlamentin binasına daxil olaraq dağıntılar törədib.
Modern.az xəbər verir ki, bu barədə İraq mətbuatı məlumat yayıb.
Bildirilib ki, kütləvi etiraz aksiyası Baş nazir vəzifəsi uğrunda aparılan kəskin siyasi mübarizənin nəticəsidir. Belə ki, İraqda fəaliyyət göstərən heç bir siyasi partiya və hərəkat ötən ilin oktyabr ayında keçirilmiş parlament seçkilərində yerlərin çoxunu əldə edə bilməyib. Bu səbəbdən bir ilə yaxındır hökuməti formalaşdırmaq mümkün olmur.
Qeyri-müəyyən vəziyyət xalqın etirazına səbəb olub.
Etirazçılara çağırış edən İraq prezidenti Bəhram Salehi onları təmkinli olmağa, aksiyaları dayandırmağa çağırıb.