Yaponiyanın Yamaquçi əyalətində yerli sakinlərə meymunlar tərəfindən hücum edilib.
Modern.az xəbər verir ki, iyulun 8-dən indiyədək 58 nəfər Yapon makakaları adlanan meymunların hücumu nəticəsində xəsarətlər alıb.
Rəsmi qurumların məlumatına görə, meymunlar daha çox uşaqları və qocaları hədəf alaraq, onlara hücum çəkib.
Aidiyyatı qurumlar hücumların qarşısını almaq üçün tərkibində narkotik maddə olan silahlarla antimeymun əməliyyatına start verib.