Rusiyanın xarici işlər naziri Sergey Lavrov çinli həmkarı Van Yi ilə görüşüb.
Modern.az xəbər verir ki, görüş Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində baş tutub.
Nazirlər regional və qlobal prosesləri müzakirə edib. Bundan əlavə, Ukrayna mövzusu barədə fikir mübadiləsi aparılıb.
Görüş ABŞ Prezidenti Co Bayden və Çin lideri Si Cinpin arasında gözlənilən telefon danışığı fonunda baş tutub.
Akif İsmayılov