Moldova parlamenti iyulun 28-də keçirilən iclasında fövqəladə vəziyyətin 60 gün müddətinə uzadılması layihəsini təsdiqləyib.
Modern.az xəbər verir ki, bu barədə parlamentin spikeri İqor Qrossu məlumat verib.
Moldova hakimiyyəti Ukraynadakı müharibə ilə əlaqədar fövqəladə vəziyyət elan edib. Beləliklə, fövqəladə vəziyyət avqustun 8-dək uzadılacaq.
Parlament sədri 52 deputatın səsi ilə qərar layihəsinin təsdiq edildiyini açıqlayıb.
Akif İsmayılov