Modern.az

Şahzadə Salman dünyanın ən bahalı evində qaldı 

Şahzadə Salman dünyanın ən bahalı evində qaldı 

28 İyul 2022, 22:23

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Fransaya səfəri zamanı 2015-ci ildə satın alınan "dünyanın ən bahalı evi" adlandırılan dəbdəbəli malikanədə qalıb.

 

Modern.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

 

Paris yaxınlığında Luvzendəki XIV Lüdovik şatosu Versal sarayının qeyri-adi əzəmətini vurğulamaq üçün nəzərdə tutulmuş müasir malikanədir. 7 min kvadratmetrlik daşınmaz əmlak 2015-ci ildə naməlum şəxs tərəfindən 275 milyon avroya alınıb və bundan sonra "Fortune" jurnalı onu “dünyanın ən bahalı evi” adlandırıb.

 

İki il sonra "The New York Times" nəşri 36 yaşlı Salmanın bir sıra şirkətlər vasitəsilə malikanənin son sahibi olduğunu yazıb.

 

Yerli rəsmilər AFP-yə Səudiyyə vəliəhdinin cümə axşamı Makronla nahardan əvvəl orada qaldığını təsdiqləyib.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi