Rusiyanın hərbi müdaxiləsindən sonra Ukraynada qeydə alınan nikahların sayı kəskin artıb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 5 ayda ölkədə 9120 cütlük ailə həyatı qurub. Bu rəqəm ötən ilin eyni dövründə bağlanan nikahların sayından 8 dəfə çoxdur.
Nazirliyin məlumatına görə, nikahların artması müharibənin yaratdığı stresi aradan qaldırmaq istəyindən irəli gəlir. Artımın digər səbəbi bürokratiyanın sürətlənməsidir.