Modern.az

Almaniya Ukraynaya tank körpüləri verəcək 

Almaniya Ukraynaya tank körpüləri verəcək 

29 İyul 2022, 20:25

Almaniya Ukraynaya 16 ədəd "Biber" adlı tank körpüsü verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, bu maşınlar müvəqqəti körpülərin tikintisi və ya zədələnmiş körpülərin bərpası üçün istifadə oluna bilər.

 

Nazirliyin açıqlamasında bildirilib ki, "Biber" sistemləri Ukrayna qoşunlarına sudan keçməyə və ya maneələrlə mübarizə aparmağa imkan verəcək.

 

İlk altı sistem bu payızda, daha 10 sistem isə gələn il təhvil veriləcək.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi