Modern.az

Nensi Pelosi Asiyaya səfər edəcək 

Nensi Pelosi Asiyaya səfər edəcək 

29 İyul 2022, 23:32

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Asiyaya səfər etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Bildirilir ki, onun Tayvan adasına səfər edəcəyi hələ də məlum deyil.

 

Səfər zamanı Pelosi Yaponiya, Cənubi Koreya, Malayziya və Sinqapura gedəcək.

 

Qeyd edək ki, Çin Pelosinin Tayvana mümkün səfəri ilə bağlı sərt xəbərdarlıq edib.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi